Sosial şəbəkələrdə Yeni il münasibəti ilə 1 həftə istirahət verilməsi ilə bağlı məlumatlar yayılır.
Milli.Az xəbər verir ki, bəzi məlumatlarda qeyd olunur ki, guya 27, 28 dekabr istirahət günləri ilə, 3,4 yanvar-ın yeri dəyişdirilir.
Halbuki, belə bir rəsmi qərar yoxdur. Hətta, bir müddət əvvəl Nazirlər Kabineti rəsmi açıqlamada bildirib ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün 5 günlük işləyən şəxslər üçün ard-arda 5 gün iş olmayacaq. 5 günlük iş rejimi ilə işləyən şəxslər isə, ayın 3-ündən işdə olacaqlar. 4-ü isə bazar gününə təsadüf edir.
İsmayıl
Milli.Az