AZ

TAP üzrə Avropaya qaz sifarişləri dekabrın son həftəsində cüzi azalıb

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) üzrə Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 22-də 349,0 milyon kVt/saat həcmində sifariş alınıb ki, bu da əvvəlki həftənin bazar ertəsi göstəricisi ilə müqayisədə 0,14% azdır.

Kipoi çıxış nöqtəsindən dekabrın 23–29-da sifarişlər 348,0 milyon kVt/saat olub. Bu göstərici dekabrın 16-na nisbətən 0,43%, dekabrın 17–22 dövrü ilə müqayisədə isə 0,29% aşağıdır.

Komotini çıxış nöqtəsindən dekabrın 22–29-da gündəlik sifarişlər dəyişməyərək 28,67 milyon kVt/saat səviyyəsində qalıb. Nea Mesimvria çıxış nöqtəsindən sifarişlər 30,35 milyon kVt/saat olub və əvvəlki həftə ilə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən dekabrın 22–29-da 287,01 milyon kVt/saat sifariş qəbul edilib; bu da dekabrın 15–22 dövrü ilə müqayisədə dəyişməyib.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında tamamlanıb, ümumi uzunluğu 878 km-dir və Azərbaycan qazının Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Aytac 

Seçilən
44
3
anews.az

10Mənbələr