Elm və Təhsil Nazirliyi şagirdlərin məktəblərarası daşınması xidmətlərinə 4 735 096 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, xidmət “Qala Express” MMC tərəfindən göstəriləcək.
Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şirkətlə “bir mənbə metodu” ilə müqavilə bağlayıb. Yəni, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Xidmətin detalları da məlum deyil.
Qeyd: Elm və təhsil naziri Emin Əmrullayevdir.
Cabir
Tarix: 22 Dekabr 2025, 09:45