Dünən Rusiyanın İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların ikinci gününə Mayamidə xüsusi elçi Stiv Vitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə başlayıb.
Vətəninfo.az xəbər verir ki, birinci tur şənbə günü baş tutub və Kirill Dmitriyev müzakirələri konstruktiv adlandırıb. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, danışıqlar zamanı RDIF rəhbəri ABŞ-da keçirilən görüşlərdə Vaşinqton və Ukrayna tərəfləri ilə əlaqələr barədə məlumat əldə edəcək və nəticələri Putin ilə paylaşacaq.
Bu danışıqların Ukrayna münaqişəsinin həlli istiqamətində yeni mərhələ yaratması gözlənilir.