30 il əvvəl itkin düşən kişi TAPILIB
Ajans.az AFP-ya istinadən xəbər verir ki,ailəsi uzun illər ərzində onun taleyi ilə bağlı məlumat əldə etməyə çalışsa da, nəticə əldə olunmamışdı. Yalnız 2025-ci ilin iyul ayında yerli çoban Ömər Xan əriməkdə olan buzlaqda mükəmməl şəkildə qorunmuş bir cəsəd aşkar edib. Çoban buzlağın morenasında qeyri-adi bir şey gördükdən sonra araşdırma aparıb və üzərində geyimləri və şəxsiyyətini müəyyən etməyə imkan verən sənədləri olan mumiyalanmış cəsədi aşkar edib. Sonradan məlum olub ki, bu, 28 il əvvəl itkin düşən Nasiruddindir. Cəsəd bütün bu müddət ərzində donmuş vəziyyətdə qalıb. Tədqiqatçıların izahına görə, cəsəd buzlaq şəraitində təbii mumiyalanmaya məruz qalıb. Son dərəcə sürətli donma parçalanma prosesini xeyli dərəcədə ləngidir, toxumaları nəm və oksigendən təcrid edərək qorunmasını təmin edir. Bu cür hallar Alp dağlarında tapılmış və “Buz adamı” kimi tanınan Ötzi nümunəsini xatırladır. Mütəxəssislər vurğulayırlar ki, bu cür tapıntıların üzə çıxmasında iqlim dəyişikliyi mühüm rol oynayır. Pakistanın şimalında qar örtüyünün azalması və temperaturun yüksəlməsi buzlaqların əvvəlkindən daha sürətlə əriməsinə səbəb olur. Nəticədə uzun illər buz altında qalmış qalıqlar üzə çıxır.