Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, XVI turun sonuncu matçında "Sabah" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.
Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.
Misli Premyer Liqası
I dövrə
XVI tur
22 dekabr
19:30. "Sumqayıt" – "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
Qurban Qurbanov: "Çox gərgin il keçirdik"
"Qarabağ" ilin son görüşündə qələbə qazanıb - YENİLƏNİB
“Çempion olub Xankəndiyə qayıtmaq istəyirik”
"Neftçi"dən "qış əməliyyatı" : Bu mövqelərə transfer gözlənilir
"Fənərbaxça"nın prezidenti sərbəst buraxılıb