21 dekabr 2025-ci il tarixində Yer kürəsindəki ən aşağı temperatur Rusiyanın Saxa-Yakutiya bölgəsində qeydə alınıb. Vətəninfo.az xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, ən soyuq temperatur Pokrovsk şəhərində, Krest-Xalicai kəndində və Suxan meteoroloji stansiyasında ölçülüb.
Pokrovskda -51,7 dərəcə Selsi temperaturu qeydə alınıb və bu, bölgənin ən aşağı temperaturudur. İkinci ən aşağı temperatura isə Suxan meteoroloji stansiyasında -49,4 dərəcə, üçüncü yerdə isə Krest-Xalicai kəndində -48,7 dərəcə Selsi qeyd edilib.
Eyni zamanda, planetimizin ən isti temperaturu isə Cənubi Afrika və Avstraliyada müşahidə edilib. Cənubi Afrikada +44,1 dərəcə, Avstraliyada isə +42,6 dərəcə Selsi istilik qeydə alınıb. Bu məlumatlar, dünyanın müxtəlif bölgələrində hava şəraitinin çox böyük fərqliliklər təşkil etdiyini göstərir.