AZ

Rusiyada narahat gecə: Ukrayna bu bölgələrə hücum etdi

Dekabrın 22-si gecəsi Ukrayna Silahlı Qüvvələri (UHQ) onlarla dronla Rusiyanın bölgələrinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Xüsusilə, Krasnodar diyarı üzərində üç, Qara dəniz üzərində iki və Bryansk vilayəti üzərində bir PUA vurulub.

"Ümumilikdə, 21 dekabr saat 20:00-dan 22 dekabr saat 7:00-a qədər hava hücumundan müdafiə siqnalizasiya sistemləri Ukraynaya məxsus 41 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", - deyə məlumatda bildirilir.

Seçilən
65
publika.az

1Mənbələr