AZ

“Kaskad -Hidro M” MMC-yə 1,4 milyon manatlıq sifariş

"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən aşağı gərginliklə işləyən elektrik idarəetmə panellərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi "Kaskad - Hidro M" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 399,8 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 2 milyon 672,7 min manat idi.

Qeyd edək ki, "Kaskad - Hidro M" MMC bundan əvvəl də meliorasiya sahəsində satınalmada iştirak edib. Şirkət 11.09.2023-cü il tarixində Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən cari təmir işlərinə subartezan quyuların təmirinə avadanlıqların satınalınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 10 min 868 manat  təşkil edib.

Seçilən
59
fed.az

1Mənbələr