AZ

Təl Əvivdə Netanyahunu istefaya çağırıblar

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

İsrail paytaxtı Təl-Əvivdə hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyası təşkil olunub.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, “Həbimə” meydanına toplaşan yüzlərlə nümayişçi baş nazir Benyamin Netanyahunun və kabinetinin istefasını tələb edib.

Etiraz aksiyasını hökumətin daxili və xarici siyasətini kəskin tənqid edən vətəndaşların koalisiyası olan “Birgə Dayanaq” QHT təşkil edib.

Yüzlərlə fəal hazırkı hökumətin daxili və xarici siyasətinə qarşı etirazını səsləndirib.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
reyting.az

1Mənbələr