ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkov ABŞ, Avropa və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Mayamidə baş tutacaq danışıqların əsas mövzularını açıqlayıb.
Doğru.az xəbər verir ki, RT Telegram kanalı Vitkov-a istinadən bildirir ki, müzakirələr 20 bəndlik planın hazırlanması, çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsində mövqelərin əlaqələndirilməsi, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı yanaşmaların uzlaşdırılması, eləcə də iqtisadi inkişaf və rifah planının daha da işlənib hazırlanmasına həsr olunacaq.
ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, danışıqlarda gələcək addımların vaxtı və ardıcıllığının müzakirəsinə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq.
DOĞRU.AZ