Bakı. Trend:
Əlcəzair Xalq Milli Assambleyasında Fransanın XIX–XX əsrlərdəapardığı müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasınınəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Trend xəbər verir ki, layihəüzrə səsvermənin dekabrın 24-də keçirilməsi planlaşdırılır.
Sənəddə vurğulanır ki, Fransanın 14 iyun 1830-cu ildə başlayanvə 5 iyul 1962-ci ilədək davam edən Əlcəzairin işğalı, eləcə də budövrdən sonra ortaya çıxan birbaşa və dolayı nəticələr cinayətxarakteri daşımalıdır.
Qanun layihəsinin 24 dekabrda qəbul ediləcəyi gözlənilir. Bu,1997-ci ildə plüralist parlamentin formalaşdırılmasından sonradeputatlar tərəfindən tam şəkildə hazırlanmış ilk qanun layihəsiolacaq. Adətən təşəbbüslər hökumət tərəfindən irəli sürülür,parlament isə yalnız məhdud dəyişikliklər edir. Ekspertlər hesabedirlər ki, hazırkı siyasi gərginlik fonunda bu addım qanuna dahayüksək siyasi legitimlik qazandırır.
Layihə müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insanidavranışlara, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə,eləcə də beynəlxalq hüquq normalarının pozulmasına görə məsuliyyətdaşıyır. Parlamentin sədri İbrahim Buğali qeyd edib ki, təşəbbüsFransa xalqına qarşı yönəlməyib və məqsəd tarixi ədalətin bərpaolunmasıdır.
Qanun layihəsində müstəmləkəçilik dövrünə aid təxminən 30 növcinayət sadalanır. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşıağır işgəncələr, adam oğurluğu, zorakılıq halları, qadağan edilmişsilahlardan istifadə, həmçinin Əlcəzair səhrasında aparılmış nüvəsınaqları daxildir. Sənəddə həmçinin milli yaddaşa hörmətsizlik,Fransa müstəmləkəçiliyinin tərifi və ya ona bəraət qazandırılmasınagörə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdətutulur.