Çində ilk görüşə gələn qızın üstünə ofisiant qaynar su töküb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Uzun müddətdən sonra romantik şam yeməyinə çıxan gənc qız xəstəxanalıq oldub.
Məlumata görə, Çində ehtiyatsız ofisiant təsadüfən qaynayan suyu müştərinin – uzun müddətdən sonra ilk dəfə görüşə çıxan qızın üzərinə dağıdıb.
Bildirilir ki, yerli sakinə bu yaxınlarda bir oğlan mesaj yazıb. Xanım ona şans vermək qərarına gəlib və tərəflər bir-birini daha yaxından tanımaq üçün restorana yollanıblar. Lakin bədbəxt hadisə heç gözlənilməyən anda baş verib.
Ofisiantın səhlənkarlığı ucbatından qaynar su qızın üzərinə tökülüb. Hazırda zərərçəkən xəstəxanadadır və aldığı ağır yanıq xəsarətlərindən sonra müalicə olunur.

Xuraman Etibarlı
İnterpress.az