AZ

Almaniya kanslerini fitə basıb təhqir etdilər

Almaniya kansleri Fridrix Mertsin Maqdeburq Milad bazarında hücum qurbanlarının xatirə mərasiminə gəlişi fit və etirazlarla müşayiət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə MDR məlumat yayıb.

Məlumata görə, kansler gəldikdən sonra ona qarşı kütlədən təhqiredici şüarlar səslənib.

Xatırladaq ki, 20 dekabr 2024-cü ildə Səudiyyə Ərəbistanından olan bir şəxs avtomobilini Milad bazarına gələnlərin üzərinə sürüb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 344 nəfər yaralanıb. Təqsirləndirilən şəxs Taleb A. cinayət yerində saxlanılıb və hazırda onun məhkəməsi davam edir.

Seçilən
118
redaktor.az

1Mənbələr