“Bizim Juninyonu geri qaytarmağımız real görünmürdü, ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis braziliyalı hücumlçu Olavio Juninyonunun komandaya qayıtması üçün hər hansı addım atılmadığını deyib,
Meksikanın “Pumas” klubuna keçidinə münasibət bildirib:
“Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də buna görə oranı seçdi”.