Mərhum reper Hüseyn Dəryanın arxiv görüntüləri yayılıb.
NOCOMMENT.az Oxu24.com-a istinadən xəbər verir ki, fotonu bəstəkar Ruslan Səfəroğlu paylaşıb.
Ruslan Səfəroğlu paylaşıma “Hüseyn Dərya çox talantlı idi. Demək olar çox işərini, aranjemanları mən edirdim. Allah rəhmət elesin” şərhini yazıb.
2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.
Ölərkən 38 yaşında idi.
