AZ

Sorğu: Britaniya yəhudiləri ölkəni tərk etməyi düşünür

Britaniya yəhudilərinin əksəriyyəti bu ölkədə gələcəklərinin olmadığına inanır.

"Ölkə.az" xəbər verir ki, ölkəni tərk etməyi düşünənlərin nisbəti bir ildə 11 faiz bəndi artaraq 50%-dən 61%-ə çatıb. 

Sorğuya görə, respondentlərin 51%-i Britaniyadakı ailələri üçün gələcəyi görmədiklərini bildirib. Bir il əvvəl respondentlərin 37%-i belə düşünürdü. Bundan əlavə, respondentlərin 51,2%-i yəhudilərin bütövlükdə Avropada uzunmüddətli gələcəyinin olmadığına inanır. Yalnız 20,1%-i Avropada özləri üçün bir gələcək gördüklərini bildirib.

Britaniya yəhudilərinin böyük əksəriyyəti - 79,9%-i - Leyborist hökumətinin yəhudi icmasına mənfi təsir göstərdiyinə inanır. Respondentlərin yalnız 4%-i onun fəaliyyətini müsbət kimi qiymətləndirib.

Respondentlər həmçinin dövlət qurumlarına qarşı dərin inamsızlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, Britaniyada heç bir struktur yəhudi icması üçün lazımi qoruma təmin etmir. Hökumətin bu məsələ ilə bağlı mənfi reytinqi 92,5%, polisin reytinqi 82,9%, məhkəmə sisteminin reytinqi isə 71% olub.

Elvin

Ölkə.az

Seçilən
62
3
olke.az

4Mənbələr