AZ

Xırdalanda üç nəfər bağlı qapı arxasında huşsuz vəziyyətdə aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinəAbşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəyerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasındaköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləriçağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı iltəvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cüil təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə vəçağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətinyarandığı ehtimalı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetməəməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncümərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi iləaçılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuzvəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərəkdərhal xəstəxanaya çatdırılıblar.

Seçilən
36
16
az.trend.az

10Mənbələr