AZ

İkardidən yeni rekord - HACİNİ GERİDƏ QOYDU

Türkiyə Super Liqasının XVII turu çərçivəsində “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş “sarı-qırmızılılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində sonuncu qolun müəllifi olan Mauro İkardi klub tarixində əlamətdar göstəriciyə imza atıb.

Belə ki, 32 yaşlı hücumçu Super Liqada 60-cı qolunu vuraraq Corc Hacini geridə qoyub və “cimbom”un tarixində daxili çempionatda ən çox qol vuran əcnəbi futbolçu olub.

Qeyd edək ki, İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir.

Haland Premyer Liqa tarixinə düşüb

Ange Postekoqlu Premyer Liqaya qayıda bilər

“Vulverhempton”dan antirekord

Martinezin yerinə Ter Ştegen: Danışıqlar başlayıb

"Fənərbaxça"da ciddi itki: Talişka zədələnib

Seçilən
57
1
apasport.az

2Mənbələr