AZ

Premyer Liqa: "Mançester Yunayted" "Aston Villa"ya uduzub

Bakı, 21 dekabr, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gecə keçiriləcək "Fulhem" - "Nottingem" görüşü ilə yekun vurulacaq.

Seçilən
87
8
azertag.az

10Mənbələr