Türkiyə 3-cü Liqasının 3-cü qrupunda çıxış edən "Belediyespor"un "Düzcespor"la səfər oyunu maraqlı hadisə ilə yadda qalıb.
QOL.az xəbər verir ki, çempionatın 15-ci turu çərçivəsində keçirilən qarşılaşmada qonaq komandanın tribunasında cəmi bir azarkeş yer alıb. Tokatdan Düzceyə gəlmək üçün təxminən 600 kilometr yol qət edən sadiq fanat komandasını təkbaşına dəstəkləyib.
O, ona ayrılan sektorda matç boyunca fasiləsiz şəkildə şüarlar səsləndirərək "Belediyespor"a dəstək olub.
Qeyd edək ki, Düzce Şəhər stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb və tərəflər 0:0 hesablı heç-heçə ilə kifayətləniblər.