AZ

Amerikalı bloqer Ceyk Pol çənə əməliyyatı keçirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə yeni danışıqların başladığını bildirib. Danışıqlar ABŞ-ın Mayami şəhərində təşkil olunur.

Bu barədə TurkicWorld Umerovun "Telegram" kanalına istinadən məlumat verir.

Umerovun paylaşımından görünür ki, görüşdə yalnız o iştirak etməyəcək. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.

"Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Növbəti irəliləyişlərə və praktik nəticələrə ümid edirik", - deyə o bildirib.

Seçilən
33
turkic.world

1Mənbələr