İspaniya nəhəngi "Barselona" gələcəyə investisiya strategiyasını davam etdirərək İngiltərə futbolunun ən parlaq gənc istedadlarından birini heyətinə qatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Norviç Siti"nin U-18 komandasında çıxış edən 15 yaşlı Ajay Tavaresin transferi üçün ciddi addımlar atıb.
Hazırda İngiltərənin U-17 milli komandasının da üzvü olan istedadlı sol cinah hücumçusunu transfer etmək üçün "Barselona"nın kifayət qədər əlverişli mövqedə olduğu bildirilir.
Yüksək potensialı ilə skautların diqqətini çəkən gənc ulduzun yaxın gələcəkdə Avropa futboluna damğa vuracaq adlardan biri olacağı gözlənilir.
Kamil Xudiyev