GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda Rusiyanın Prezidenti Vladimir Putinə xüsusi hədiyyə təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Birinci Kanal” məlumat yayıb. Qeyd olunur ki, Lukaşenko Putinə böyük miqyaslı, gözəl və Belarus ruhunu əks etdirən bir rəsm əsəri hədiyyə edib.
Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, bu hədiyyə Lukaşenkonun Sankt-Peterburqa səfəri ilə birbaşa bağlıdır və əvvəl verilmiş vədin yerinə yetirilməsini simvolizə edir.
Reportajlarda qeyd olunur ki, rəsm əsəri Valaam adasının mənzərələrini əks etdirir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.