AZ

Peresdən “Neqreyra işi” ilə bağlı yeni açıqlama

“Barselona”nın “Neqreyra işi”ndə sudan quru çıxmağa çalışması “Real”ı narahat etməkdədi.

"Football-plus.az" xəbər verir ki, “Kral klubu”nun prezidenti Florentino Peres bu qalmaqal barədə yeni açıqlamalar verib. Dekabrın 12-də “Barsa”nın prezidenti Xuan Laporta, eləcə də kataloniyalıların sabiq məşqçiləri Luis Enrike ilə Ernesto Valverde məhkəmədə ifadə veriblər.

Peres bunları deyib: “Bizi ən çox narahat edən məqamlardan biri hakimlikdi. Hamının da bildiyi kimi “Neqreyra işi” çox ciddi bir məsələdi və onilliklərdi davam edir. Bu məsələdə haqq-ədalət yerini tapmalıdı. Rəsmi orqanların bu mübarizədə “Real”ı yalqız qoymalarının səbəbini anlamıram. Hakimlər Assosiasiyasının prezidenti bizdən bu məsələni unutmağımızı necə tələb edə bilər? Axı müasir futbol tarixinin ən böyük qalmaqalını necə unuda bilərik? İspaniya Kral Futbol Federasiyası və La Liqa nə üçün özünü bu cür aparır? İctimaiyyətə gözəl aydındı ki, hakimlərin texniki hesabatları üçün 8 milyon avro ödənilib. Bu da onu göstərir ki, artıq radikal dəyişikliklərin zamanıdı. Unutmayın ki, bu məsələni araşdıran hakim “Neqreyra işi”ni sistematik korrupsiya adlandırıb. “Barsa” özü də etiraf edib ki, ödənişlər kluba sərf etdiyi üçün bu, həyata keçirilib. Necə və nə üçün sərf edirdi? “Real” bu suallara cavab axtarmaqda davam edəcək. Media bu məsələdə çox vacib rol oynayır”.

Seçilən
30
football-plus.az

1Mənbələr