AZ

Putin Avropa liderlərinə donuz dedi? Kremldən təsdiq

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin “avropalı donuzcuqlar” (подсвинках) sözünün ingilis dilinə rəsmi tərcüməsi ətrafında yaranan mübahisə “swine underlings” ifadəsinin xeyrinə həll olunub.

Axar.az xəbər verir ki, bu barədə ТАSS məlumat yayıb.

Məlumata görə, Putinin dekabrın 17-də Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında işlətdiyi “donuzcuqlar” sözü Kremlin saytının ingilisdilli versiyasında “swine underlings” şəklində tərcümə olunub.

Putin Rusiya Müdafiə Nazirliyindəki çıxışında bildirib ki, Amerikanın əvvəlki hakimiyyət orqanları Rusiyanı məhv etmək üçün Ukraynadakı prosesləri münaqişə səviyyəsinə qəsdən qaldırıblar:

"Avropa “donuzcuqlar” isə ölkəmizin dağılmasından qazanc əldə etmək ümidi ilə dərhal əvvəlki Amerika administrasiyasının bu işinə qoşuldular”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
axar.az

1Mənbələr