AZ

Şallai üçün astronomik qiymət: "Qalatasaray" ulduzunu ucuza satmır

"Qalatasaray"ın macarıstanlı ulduzu Rolland Şalai üçün İngiltərə Premyer Liqasından sürpriz təklif gəlib.

Fanat.Az xəbər verir ki, məşhur jurnalist Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, "Brentford" klubu 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer şərtlərini öyrənmək üçün "sarı-qırmızılılar"a rəsmi müraciət edib.

"Cim-Bom" rəhbərliyi isə İngiltərə təmsilçisinə futbolçunu heyətdə saxlamaq istədiklərini və yalnız astronomik bir təklif olarsa, masaya oturacaqlarını bildirib.

"Qalatasaray" bu transfer üçün təxminən 30 milyon avro təzminat tələb edir. Qeyd edək ki, Şallai 2024-cü ilin yayında "Frayburq"dan 6 milyon avroya transfer edilib və hazırda komandanın rotasiyasında vacib oyunçulardan biri hesab olunur.

Kamil Xudiyev

Seçilən
59
1
fanat.az

2Mənbələr