AZ

Natiq Cəfərli onların müdafiəsinə qalxdı: “Yalvarırlar ki, batırıq, bir rəsmi şəxs...”

"Konkret bir məsələ var - 2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Rəsmi avtosalonlar, fiziki şəxslər noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər".

"Yeni Sabah" xəbər verir ki, bunu REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb. 

Onun sözlərinə görə, bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbərdarlıq edilib: "Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız".

"Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir.

Bundan başqa şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxarmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəğd vəsaitə məhdudiyyət var - yenə də olmaz! Bu absurddur" - Natiq Cəfərli yazıb. 


Telegram kanalımız
Seçilən
93
1
yenisabah.az

2Mənbələr