AZ

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yük tranzitinin bərpası qərarına görə Azərbaycana təşəkkürünü bildirib.

Aznews.az xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bəyanatla çıxış edib.

N. Paşinyan vurğulayıb ki, bu qərar regionun bütün ölkələri üçün yeni imkanlar açır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.

Paşinyan həmçinin Azərbaycanla münasibətlərdə ticarətin inkişafını, logistik proseslərin təkmilləşməsini və regional iqtisadi dayanıqlılığın möhkəmlənməsini təmin edəcək gələcək konstruktiv dəyişikliklərin vacibliyini qeyd edib. O, iqtisadi prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsi üzərində işləməyin zəruriliyini bildirib.

Seçilən
35
6
aznews.az

7Mənbələr