Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsiləErmənistana tranzit yüklərin açılması və ikitərəfli ticarətinbaşlanması üçün şərait yaradılması qərarına görə AzərbaycanPrezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Trend xəbər verirki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiyaİqtisadi Şurasının iclasında bildirib.
Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün AliAvrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərləkonstruktiv dialoqun vacibliyini vurğulayıb. O, daxili bazarınrahat işləməsi, maneələrin aradan qaldırılması, rəqəmsallaşdırma vətənzimləmə prosedurlarının sadələşdirilməsinin Ermənistan üçünprioritet olduğunu bildirib.
Baş nazir bərabərlik, suverenlik və milli yurisdiksiyayaəsaslanan ticarət və logistika əməkdaşlığının inkişafına xüsusidiqqət yetirib və bu qərarı regionda sülh və sabitliyin bərqərarolmasında ilk böyük nailiyyətlərdən biri kimi qiymətləndirib. Oəlavə edib ki, davam edən konstruktiv dəyişikliklər regiondakıbütün ölkələr üçün yeni imkanlar yaradır, daha güclü iqtisadidayanıqlığa və genişlənmiş regional əlaqələrə töhfə verir.