GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fransa Prezidentinin iqamətgahında oğurluq hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Yelisey Sarayından Fransanın milli irsini təmsil edən gümüş və çini qablar yoxa çıxıb.
Hadisə ilə əlaqədar iqamətgahda gümüş əşyaları saxlayan bir işçi həbs edilib.
Bundan əlavə, 19 oktyabr 2025-ci ildə Parisdəki Luvr Muzeyində də ciddi oğurluq baş verib. Təmir işçiləri kimi gizlənən basqınçılar Apollo Qalereyasına girərək Fransa monarxlarına məxsus səkkiz qiymətli zinət əşyasını oğurlayıblar. Oğurluğun ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.