AZ

"Bura "Qarabağ"dır, uşaq bağçası deyil"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. "Qəbələ" bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Tsxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

- Kamilo Duran tez-tez sürüşürdü. Bu, meydançanın durumu ilə bağlı idi?

- Tək Duran yox, çox futbolçu sürüşürdü. Sonradan oyuna girəndə futbolçunun hazırlığı yüksək səviyyədə olmur.

Seçilən
72
publika.az

1Mənbələr