AZ

Azərbaycanda kəndə ardıcıl canavar hücumları: Yaralılar var - Foto

Dekabrın 20-si axşam saatlarında Şəkinin Bideyiz kəndinə canavar hücum edib.

Bu barədə "Yeni Sabah"a kənd sakinləri məlumat verib. 

Bildirilib ki, canavar kənddəki yas yerinə daxil olub. Biri 5 yaşlı uşaq, ikisi qadın, ikisi kişi olmaqla 5 nəfəri yaralayıb. Yaralılar Şəki rayon xəstəxanasına aparılıblar. 

Sakinlərin bildirdiyinə görə, axşam hücum edən canavarı tutmaq mümkün olmayıb. Bu gün səhər saatlarında kəndə yenidən canavar hücumu olub və bir nəfər yaralanıb. Cnavarın hücum etdiyi iki nəfər onu dəyənəklə vuraraq öldürüblər. 

Qeyd edək ki, dünən axşam canavarın üzündən xəsarət yetirdiyi 5 yaşlı uşaq Vətən müharibəsində iştirak edən Nicat Qurbanovun oğludur


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr