AZ

​Budanov: Rusiya Avropaya qarşı mümkün hərbi planlarını sürətləndirib

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyanın Avropada mümkün hərbi əməliyyatlara hazırlıq təqvimini irəli çəkdiyini və Baltik ölkələrini işğal etməyi planlaşdırdığını iddia edib. Metbuat.az NTV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlcə 2030-cu il üçün nəzərdə tutulan hazırlıq müddəti artıq 2027-ci ilə çəkilib. Budanov bildirib ki, Rusiyanın mümkün ilk hədəfləri Litva, Latviya və Estoniya ola bilər. Polşa isə hazırkı mərhələdə Moskva tərəfindən birbaşa işğal ediləcək ölkə kimi deyil, hərbi hücum hədəfi kimi qiymətləndirilir.Ukraynalı kəşfiyyat rəhbəri Rusiyanın ərazi genişləndirmə istəyini ideoloji yanaşma ilə əsaslandırıb. Onun sözlərinə görə, Kreml Qərbi “zəif, xəstə və qərarsız” kimi görür, özünü isə imperiya kimi təqdim edir. Budanov bu düşüncə tərzinin Rusiyanın yayılmacı siyasətini qidalandırdığını vurğulayıb.Digər tərəfdən, Savaş Çalışmaları İnstitutu (ISW) oktyabr ayında yayımladığı hesabatda Rusiyanın NATO ilə mümkün qarşıdurmaya hazırlıq prosesini sürətləndirdiyini və informasiya–psixoloji infrastruktur formalaşdırmağa başladığını qeyd edib.

Budanovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu proses çərçivəsində Rusiya ictimai rəyini də hazırlayır. O bildirib ki, əsas məqsədlərdən biri Avropanın güclü və dəyərli olduğu fikrini Rusiya cəmiyyətinin şüurunda sarsıtmaqdır.

Seçilən
97
1
metbuat.az

2Mənbələr