AZ

Pişiyinin müalicəsinə görə iflas etdi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskvada yaşayan bir şəxs 19 yaşlı pişiyinin müalicəsi üçün 300 min rubl xərcləyib və nəticədə borclar səbəbilə iflas üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sahibləndiyi pişiyin sidik daşı xəstəliyinə görə bir neçə dəfə əməliyyat olunması və bahalı müalicə alması kişini maddi çətinliklə üz-üzə qoyub.

O, xərcləri qarşılamaq üçün banklardan kredit götürüb.

Təəssüf ki, pişiyi xilas etmək mümkün olmayıb. Lakin sahibkarın kredit borcu və ona əlavə edilən cərimələr nəticəsində ümumi məbləğ 1,2 milyon rubla çatıb. Bu səbəbdən o, rəsmi şəkildə iflas proseduruna başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
qafqazinfo.az

3Mənbələr