İspaniya La Liqasının sonuncu pilləsində qərarlaşan "Levante" klubu yeni baş məşqçi təyinatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu posta son iş yeri Fransa "Nant"ı olan portuqaliyalı Luiş Kastru təyin edilib.
Kastru Xulian Kaleronun istefasından sonra noyabr ayının sonundan bəri komandada müvəqqəti çalışan Alvaro del Moralı əvəzləyib.