AZ

​Qonşuda çovğun: 40 gün davam edəcək

Türkiyədə hava şəraiti kəskin dəyişəcək. Bəzi bölgələrdə fasiləsiz yağış və qar yağacaq. Ölkənin cənub-şərq bölgəsində havanın temperaturu -10 dərəcəyə düşəcək. Metbuat.az xəbər verir ki, bu açıqlama ilə Milli Hava Proqnozları Bürosu çıxış edib. Dekabrın 24-dən başlayaraq, havanın temperaturunun 10-12 dərəcə aşağı düşəcəyi bildirilib. Verilən məlumata görə, soyuq hava şəraiti 40 gün davam edəcək. Qaradəniz bölgəsində fasiləsiz yağış yağacaq. Paytaxt Ankarada və ölkənin ən böyük şəhəri olan İstanbulda qeyri-sabit hava şəraiti hökm sürəcək. Ankarada gecələr havanın temperaturu -3 dərəcəyə qədər enəcək. İstanbulda sulu qar və qar yağacaq.Şırnak-Bitlis-Mardində qar bir neçə gün davam edəcək. Çovğun olacaq, yollar buz bağlayacaq. Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək.

Mütəxəssislər fevralın 5-dən etibarən havanın tədricən mülayimləşəcəyini proqnozlaşdırırlar. Fevral ayında yağıntının miqdarı illik normaya uyğun olacaq.

Seçilən
45
1
metbuat.az

2Mənbələr