GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Macarıstan Ukraynanın süqutunda maraqlı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, tezliklə sülhün əldə olunmasına fəal çağırış etdiyini bildirib.
“Ukraynanın süqutu Macarıstan üçün ciddi problem olar. Buna görə də bunun qarşısının alınması Macarıstanın maraqlarına uyğundur. Müharibə Ukraynanı gücləndirmir, əksinə onu dağıdır”, — deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Macarıstan Ukraynaya əhəmiyyətli dəstək göstərir:
“Kiyevin elektrik enerjisi idxalının 44 faizi, təbii qaz idxalının isə 58 faizi Macarıstandan təmin olunur”.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.