AZ

Fənər in prezidenti ifadə verməsi haqda nə dedi? Ömrümün sonuna qədər unutmayacam

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi şənbə günü ''Fənərbaxça''nın prezidenti Sadəttin Saran narkotik maddələrin istifadəsi və satışı ilə bağlı araşdırmada ədliyyəyə çağırılaraq ifadə verdi. O təxminən iki saat sorğu-suala tutulduqdan sonra sərbəst buraxıldı. Saran şənbə günü ''Fənərbaxça''nın ''Atatürk Olimpiya''da ''Eyüpspor''u 3:0 yendiyi qarşılaşmanı da tribunadan izlədi. ''Fənər'' fanatlarının matçboyu ona təzahüratlarla böyük dəstək verməsi diqqətdən qaçmadı. Qarşılaşmanın ardından jurnalistlərə açıqlamalar verən Saran fanatlara minnətdarlığını bildirərək bunları dedi: ''İlk növbədə məni dəstəkləyənlərə təşəkkür edirəm. Bu dəstək məni çox sevindirirdi. Dövlət çağırırsa, harda olmağımdan asılı olmayaraq gəlməliyəm. Çünki berilməyəcək hesabımız yoxdu! Başqaları kimi bəhanələr gətirib gəlməməkdən imtina etməkdən söhbət belə gedə bilməz. Bu ölkə bizimdi. Fanatların bu cür şəkildə mənə sahib çıxmasını ömrümün sonuna qədər unutmayacam. İnşallah çempion olaraq onları xoşbəxt edəcəyik. Yaxşı ki, bu camiənin bir parçasıyam. Həyatımda ən böyük qürur bu klubun başqanı olmağımdı. Necə birləşdiyimizi hər kəs gördü. Çempion olmaqdan başqa çarəmiz yoxdu''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
1
icma.az

2Mənbələr