AZ

Fransa polisi ördəkləri qorumaq üçün hərəkətə keçdi İlginc

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Milad və Yeni il tətilləri ərəfəsində Fransada ilbiz, istiridyə və ördək fermaları xüsusi qorunma altına alınacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.

Fransa polisinin məlumatına görə, bu cür fermalar dekabr ayında oğrular üçün cəlbedici hədəfə çevrilir.

“İlbizlər, istiridyə, qaz ciyəri və ördək döşü ənənəvi olaraq Fransa bayram menyusunun bir hissəsidir, ona görə də onları oğurlamaq Yeni ildən əvvəl gəlirli olur. Bunları qorumaq üçün hakimiyyət orqanları ərazilərə motosiklet və atlı jandarmları, eləcə də dəniz briqadasını yerləşdirir”.

Qeyd edək ki, bu ilin dekabr ayında cinayətkarlar artıq Vyana kommunasında bir anbarı soyub və 250 kiloqram ördək döşü və fua-qra oğurlamağa müvəffəq olublar.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
globalinfo.az

1Mənbələr