AZ

“Real” Vinisiusla bağlı mövqeyini açıqladı

“Real” La Liqanın 17-ci turunda “Sevilya”ya qarşı oyunda (2:0) azarkeşlərin fitinə məruz qalan Vinisius Juniorun arxasında durmağa davam edir.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, bununla belə, “kral klubu”nda son aylarda braziliyalı futbolçu ətrafında yaranan gərgin atmosfer ciddi müzakirə mövzusuna çevrilib.

Vinisius ilə klub prezidenti Florentino Peres arasında daim əlaqə və qarşılıqlı anlayış mövcuddur. Klub rəhbərliyi hücumçunun meydandakı mübarizliyini və peşəkarlığını yüksək dəyərləndirir.

Bununla yanaşı, 25 yaşlı futbolçu mövsümün bu mərhələsində istədiyi oyun səviyyəsinə çatmadığını özü də qəbul edir.

Hazırda Vinisius qısa müddətli məzuniyyətə çıxıb. Klub daxilində bu fasilənin futbolçunun bərpasına və oyuna daha güclü qayıtmasına kömək edəcəyinə inanılır.

Seçilən
55
90deqiqe.az

1Mənbələr