AZ

“Putinin Avropaya hücum etmək planı yoxdur” –ABŞ Kəşfiyyatının direktoru təkzib etdi

“Vladimir Putinin Avropaya hücum etmək planı yoxdur“.

AzPost-un məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bildirib.

Bir gün əvvəl Reuters Agentliyi anonim ABŞ kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Putin bütün Ukraynanı və Avropadakı keçmiş Sovet respublikalarını işğal etmək planını əlində saxlayır.

“Dərin dövlət”in müharibə qızışdırıcıları və onların təbliğat vasitələri bir daha Prezident Trampın Ukraynaya və daha geniş mənada Avropaya sülh gətirmək səylərini pozmağa çalışırlar. Həqiqət budur: ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hətta Ukraynanı işğal etmək imkanına malik deyil. Avropanı “işğal etmək” qabiliyyətindən isə danışmağa dəyməz”– deyə Qabbard sosial mediada yazıb.

O, Reuters-i xalq arasında isterika və qorxu yaratmaq məqsədi daşıyan yalan yaymaqda günahlandırıb. Qabbard hesab edir ki, NATO və AB bununla ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə sürükləməyə çalışır.

O qeyd edib ki, ABŞ kəşfiyyatı Rusiyanın NATO ilə daha böyük bir müharibədən qaçmağa çalışdığını qiymətləndirir. Kəşfiyyat bu mövqeyi o cümlədən Demokrat Partiyasının siyasətçilərinə çatdırıb.

Elon Mask Qabbardın qiymətləndirməsini sosial mediada təkrarlayıb.

AzPost.az

Seçilən
92
1
azpost.info

2Mənbələr