AZ

33 yaşlı iflic qadın kosmosa uçdu

Alman Mikaela Benthaus tarixdə iflic halda kosmosa səyahət edən ilk insan olub.

AzPost bildirir ki, Avropa Kosmik Agentliyinin (ESA) mühəndisi olan Mikaela ABŞ şirkəti “Blue Origin” tərəfindən təşkil edilən qısa kosmik missiyanın tərkibində olub. “New Shepard” kosmik gəmisində uçuş 11 dəqiqə davam edib.

“Doğrusu bu, həyatımın ən maraqlı təcrübəsi idi”, – deyə Bentaus enişdən sonra açıqlamasında bildirib.

Almaniyanın Kiel şəhərindən olan 33 yaşlı qadın 2018-ci ildə velosiped qəzasından sonra belindən aşağı iflic olub. O vaxtdan bəri əlil arabasından istifadə edir.

“Fikrimcə, xəyallarınızdan heç vaxt imtina etməməlisiniz. Onların gerçəkləşməsi üçün həmişə kiçik bir şans var”, – Mikaela Benthaus vurğulayıb.

O, “Ulduz müharibələri” filmini izlədikdən sonra erkən uşaqlıqdan kosmosa heyran olduğunu deyir. Ekipaj heyəti SpaceX şirkətində mühəndis işləyən başqa bir alman Hans Koenigsmann da daxil olmaqla altı nəfərdən ibarət olub.

“Yer kürəsinin və atmosferinin mənzərəsi fantastikdir, amma qara fon düşündüyümdən daha genişdir.”-deyə  Koenigsmann enişdən sonra bildirib.

Bu, amerikalı milyarder Jeff Bezosa məxsus kosmik turizm şirkəti olan Blue Origin-in 16-cı pilotlu uçuşu idi. Şirkətin məlumatına görə, illər ərzində təxminən 80 varlı müştəri bu ekspress kosmik uçuşlarda iştirak edib. Biletlərin dəqiq qiymətləri açıqlanmır.

 

AzPost.az

Seçilən
104
3
azpost.info

4Mənbələr