Fransa təmsilçisi PSJ-nin qapıçısı Renato Marin klubun tarixinə düşüb.
Msport.az xəbər verir ki, oyunçu buna ölkə kubokunun 1/32 finalında “Fontenay”ı məğlub etdikləri matçda iştirak etməklə nail olub.
O, Paris komandasının tarixində XXI əsrdə rəsmi qarşılaşmada meydana çıxan ən gənc qolkiperdir. Renato Marin bunu 19 yaş 5 ayında bacarıb.
Qeyd edək ki, PSJ rəqibini dörd cavabsız qolla üstələyib.