AZ

Hindistanda qatar sürünü vurdu – 7 fil öldü


Hindistanın şimal-şərqində yüksək sürətli qatarın relsləri keçən sürü ilə toqquşması nəticəsində balalar da daxil olmaqla yeddi vəhşi Asiya fili ölüb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, şənbə günü səhər saatlarında Assam ştatının Hocai rayonunda baş verən hadisədə daha bir fil balası yaralanıb.
Şimal-Şərq Sərhəd Dəmir Yolunun yaydığı məlumatda qeyd olunur ki, qatar maşinisti onlarla fili görüb və təcili əyləclərdən istifadə edib, lakin bu, qəzadan yayınmağa kömək etməyib.
“Toqquşmadan sonra beş vaqon relsdən çıxıb, lakin Dehli istiqamətində gedən ekspress qatarda sərnişinlər və işçilər arasında xəsarət alan olmayıb. Gün ərzində ərazidə qatarların ləğvi və istiqamət dəyişikliyi barədə məlumat verilib”, - nəşrin yaydığı məlumatda deyilir.
Öldürülmüş fillər daha sonra baytarlar tərəfindən yarılıb və basdırılıb.
Şimal-Şərq Sərhəd Dəmir Yolunun məlumatına görə, yerli dəmir yolu xətlərindən tez-tez fil sürüləri keçir, lakin baş verən hadisə fil dəhlizi olmayan bir yerdə baş verib.
Seçilən
11
1
yeniavaz.com

2Mənbələr