AZ

Lənkəranda irigövdəli ağac aşıb, rabitə xəttləri qırılıb

Lənkəranda ağac aşaraq rabitə xəttlərini qırıb.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə köhnə Ələt-Astara magistralında Lənkəran rayonun Bürcəli kəndində irigövdəli ağac aşaraq digər ağacların üzərinə düşüb. Nəticədə rabitə xəttlərini qırılıb. Sakinlər deyir ki, ağac bir neçə gündür aşıb. “Kökündən də görünür ki, çürümüş ağac olub. Magistrala da aşıb təhlükə yarada bilərdi. Dəfələrlə müraciət olunub ki, ağaclar vaxtında budansın”.

Qeyd edək ki, sözügedən magistralda bu kimi ağaclar çoxdur.

Seçilən
90
1
nocomment.az

2Mənbələr