BAKI, 21 dekabr. TELEQRAF
"Kiyevə “ağılsız dəstək” və Rusiya enerji daşıyıcılarından imtina Avropada artıq bayramların belə təhlükə altına düşməsinə səbəb olub".
Teleqraf xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Berlində Yeni il və Milad tədbirlərinin ixtisar edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, Brüsselin və bir sıra Avropa paytaxtlarının bu qərarları artıq bayram tədbirlərinə də təsir göstərir:
"Berlində enerji qənaəti səbəbindən Yeni il və Milad tədbirləri ixtisar olunub. Brandenburq qapıları önündə ənənəvi Yeni il şənlikləri təhlükə altına düşüb, Kurfürstendamm prospektində isə Milad işıqlandırılması ləğv edilib".
Zaxarova vurğulayıb ki, bayramların keçirilməsi yalnız sadə vətəndaşların və biznes nümayəndələrinin təşəbbüsü sayəsində mümkün olub:
“Milad üçün vəsait tapılması ümid verir. Allah eləsin, Avropa ayılsın və özünü məhv etməyi dayandırsın.”