AZ

Real ın televiziyası: Bu, iyrənc davranışdırsa, onda biz iyrənc davranmağa davam edəcəyik

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Real"ın televiziyası "Barselona"ın prezidenti Joan Laportanın "Kral klubu"nun televiziyasının daim yalan danışdığı və "atmosferi zəhərlədiyi" açıqlamasına cavab verib. Sport24.az xəbər verir ki, televiziya aparıcıları belə davam edəcəklərini bildiriblər:

"Əgər bu iyrənc davranışdırsa, onda biz iyrənc davranmağa davam edəcəyik. Heç nəyin unudulmaması üçün bunu etməyə davam edəcəyik. Bu, yalnız bir kluba deyil, bütün İspaniya futbol və idman ictimaiyyətinə təsir edir. Bu, ölkənin imicinə təsir göstərir. Biz iyrənc davranmağa davam edəcəyik".

Qeyd edək ki, 17 turdan sonra aktivində 43 xal olan "Barselona" birinci pillədə qərarlaşıb. "Real" isə 42 xalla ikinci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
sport24.az

1Mənbələr