AZ

Çaykovskinin yarımçıq operası Sİ ilə necə tamamlanıb

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Operada təsvir olunan hadisələr qədim dövrlərdə baş verir. Cəngavər gözəl xanımı sevir, amma sevgisi qarşılıqlı deyil. Arzusuna çatmaq üçün o, İvan gecəsində sehirli meşədə gecəyarı çiçəkləyən əfsanəvi mandraqor bitkisinin kökünü əldə etməlidir. Cəngavər mandraqoru tapır, amma sehirli bitki gözəl bir qıza çevrilir. Arzusu reallaşır: sevdiyi xanım Cəngavərə vurulur. Cəngavər xoşbəxtliyini tapsa da, gənc Mandraqor həlak olur. Bəstəkar bu operanın ancaq bir hissəsini yazmışdı: “İvan gecəsində çiçək və həşəratların xoru”. Süni İntellekt həmin hissəni təhlil edərək, onun əsasında operanın qalan hissələrini də tamamlamağa yardım göstərib. Operanın tamamlanmasında insanlarla yanaşı 3 neyroşəbəkənin köməyindən istifadə olunub: “GigaChat” süjeti və librettonu, “SymFormer” musiqini, “Kandinsky” vizual və səhnə həllərini işləyib. Bundan sonra bəstəkar Pyotr Dranqa operanın strukturunu bütövləşdirib, rejissor İlya Ustyantsev isə bütün bunları vahid əsər şəklində birləşdirib.

Samir Quliyev

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
azvision.az

3Mənbələr