
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla Ukrayna ilə bağlı danışmağa hazırdır.
Yeniavaz.comxəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, burada qarşılıqlı siyasi iradənin olması yeganə şərtdir.
“Makron Putinlə söhbətə hazır olduğunu bildirib. O da (Putin – red.) Makronla dialoq aparmağa hazır olduğunu ifadə edib. Əgər qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar”, — Rusiya KİV-ləri Peskovun sözlərindən sitat gətirib.